Bayraqdar.info – Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) təmsilçiləri Azərbaycana səfər edib. Səfər çərçivəsində qurumun İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahin Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə KOB-lara dəstək və xidmət sahəsində hər iki qurumun fəaliyyətindəki yeniliklər müzakirə edilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.