Son yeniləmə: 3 Mart 2022 19:08
Bayraqdar.info – Martın 3-də 170 soydaşımız Odessa yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb. Onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.
Bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib. Onun sözlərinə görə, proses Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə baş tutub.
Öz növbəsində Diasporla İş üzrə Dövlər Komitəsindən bayraqdar.info-ya bildirlib ki, Komitə Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. DİDK Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.