Press "Enter" to skip to content

Tarix Muzeyində maraqlı sərgi

Sərgi

Son yeniləmə: 2 Mart 2022 09:19

Bayraqdar.info – AMEA Milli Azərbaycan Tarixi Muzeyində Birinci Qarabağ müharibəsinin iştirakçısı, muzeyin rəssamı Əjdər Qafarovun qrafik əsərlərindən ibarət “Göydən üç alma düşdü…” adlı sərginin açılış mərasimi olub.

Bu barədə bayraqdar.info-ya Muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, icraçı direktor dosent Fərhad Cabbarov çıxış edərək muzeyin rəssamı Əjdər Qafarovun yaradıcılığı, onun əsərlərindən ibarət sərgi ilə bağlı fikirlərini bildiriblər.

Sonra Muzeyin Təsviri materiallar fondunun müdiri dosent Nardanə Yusifova, bərpaçı rəssamı Gülşən Hacıyeva rəssam Əjdər Qafarova uğurlar arzulayıblar.

“Qeyd edək ki, bir sıra rəsm əsərləri, həmçinin “Qarabağ atı”, “1175-ci il dəniz döyüşü” və s. animasiya filmləri üçün rəsmlər çəkmiş Ə.Qafarovun yaratdığı nağıllar dünyasının rəngarəng aləmi bu Novruz günlərində xoş əhval-ruhiyyə bağışlayacaq.

“Sərgini martın 7-dək ziyarət etmək mümkündür (giriş sərbəstdir, pulsuzdur).” – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.