Press "Enter" to skip to content

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

TEKNOFEST

Son yeniləmə: 2 Mart 2022 10:15

Bayraqdar.info – Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində mayın 26 – 28-də “Take Off Baku” beynəlxalq startap sammiti təşkil olunacaq. Sammit Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bayraqdar.info-ya daxil olan xəbərdə bildirilib. Azərbaycan startapları da daxil olmaqla xarici yenilikçilərin təqdim olunacağı sammitin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.

“Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri də dəyərləndirəcək.

“Qeyd edək ki, “Take Off Baku” Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdıracaq. Həmçinin, sözügedən sammit Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmış olacaq.

“Eyni zamanda bildiririk ki, onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak etmək hüququ qazanmış olacaqlar. Sammitin şərtlərinə əsasən, ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.

“İlkin təsnifatlaşdırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

“Qeyd edək ki, sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

“Sammitin ən həyəcanlı mərhələsi yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi olacaq. Mükafat Fondu 1-ci yer 15 min ABŞ dolları, 2-ci yer 10 min ABŞ dolları və 3-cü yer üçün isə 5 min ABŞ dolları təşkil edir.

“Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 31 mart 2022-ci ildir.

Əlavə məlumat əldə etmək üçün:

+ 994 12 310 14 00 / +994 050 251 40 28

“Bu saytlara müraciət etmək mümkündür”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.