Press "Enter" to skip to content

Saleh Məmmədov Kəlbəcər-Laçın yolunda

AAYDA

Son yeniləmə: 2 Mart 2022 12:09

Bayraqdar.info – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə maraqlanıb.

Martın 2-də AAYDA-dan bayraqdar.info-ya daxil olan məlumatda deyilir ki, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun tikintisi ilə maraqlanıb. O, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

AAYDA

“Daha sonra, S.Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb. Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib”, – deyə AAYDA-nın xəbərində vurğulanır.

AAYDA
AAYDA
Mission News Theme by Compete Themes.