Press "Enter" to skip to content

Ruslar və belaruslar Ukrayna xalqı ilə həmrəydir

Ukrayna küçələrində məhv edilmiş rus tankları

Son yeniləmə: 2 Mart 2022 15:29

Bayraqdar.info – Ukraynanın Rusiya işğalına qarşı haqq davasında bütün mütərəqqi bəşəriyyət onunla həmrəylik nümayiş etdirir. Yalnız işğalçı Rusiya və onunla birgə hərəkət edən Belarus hakimiyyəti bu təcavüzdən vaz keçənə bənzəmir. Bu isə adı çəkilən ölkələrin mütərəqqi kəsimində narazılıq yaratmaya bilməz.

Biz günlərdir görürük ki, Rusiyanın özündə, eləcə də Belarusda minlərlə insan küçələrə çıxaraq Rusiyanın Ukraynaya təcavüzünə – müharibəyə yox deyir. Belə bir durum isə sevindiricidir, savaşın bitəcəyi ilə bağlı ümidləri ayaqda tutur.

Onu da qeyd edək ki, həm Rusiyadan, həm də Belarusdan ayrı-ayrı insanlar Ukrayna xalqına müraciət edərək bu savaşa görə utandıqlarını, onun tez bitməsini arzu etdiklərini bildirirlər. Bu baxımdan Ukrayna Diasporası Saytının dərc etdiyi, Rusiya və Belarus vətəndaşlarından daxil olan məktublar da diqqətçəkəndir. Müəlliflər öz ölkələrindəki təqibdən qorxduqları üçün adlarını açıqlamasalar da Rusiyanın təcavüzünü öz adıyla çağırır, Ukrayna xalqına rəğbət və dəstək ifadə edirlər. Hər iki məktubun müəllifi inanır ki, Ukraynaya qarşı belə bir savaş başladanlar mütləq qanun və bəşəriyyət qarşısında cavab verəcəklər.

Məktubları bu keçiddən oxumaq olar: Россияне и белорусы, настоящие патриоты своих стран, солидарны с Украиной

Mission News Theme by Compete Themes.