Press "Enter" to skip to content

Qardaş Türkiyə yenə də yanımızdadır

Mevlüt Çavuşoğlu

Son yeniləmə: 2 Mart 2022 09:46

Mevlüt Çavuşoğlu: Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2604 qardaşımız Kiyev, Xarkov, Odessa, Zaporojyt və Lvovdan yola düşüb

Bayraqdar.info – “Bu gün Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2604 qardaşımız Kiyev, Xarkov, Odessa, Zaporojyt və Lvovdan yola düşüb. Beləliklə, təxliyə etdiyimiz vətəndaşların sayı 8050-yə çatıb”.

Bunu qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu martın 2-də gecə saatlarında Twitter hesabındakı paylaşımda qeyd edib.

Mevlüt Çavuşoğlu əlavə edib ki, vətəndaşların təhlükəsiz təxliyəsi üçün fəaliyyət davam edir.
Qeyd edək ki, həmin paylaşımda sadalanan əraziləri əkst etdirən digər statistik məlumatlar da yerləşdirilib.

Mission News Theme by Compete Themes.