Press "Enter" to skip to content

Emmanuel Makrondan İlham Əliyevə telefon zəngi

İlham Əliyev və Emmanuel Makron

Son yeniləmə: 2 Mart 2022 11:59

Bayraqdar.info – Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

“Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.