Press "Enter" to skip to content

Baş prokuror Lənkəran, Lerik və Astarada vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev

Son yeniləmə: 2 Mart 2022 09:46

Bayraqdar.info – Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Lerik və Astara rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan bayraqdar.info-ya verilən məlumatda bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

“Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və elektron poçt ünvanı, eləcə də Prokurorluğun sosial şəbəkələrdəki səhifələri (Instagram, Facebook, Telegram, Twitter) vasitəsilə də qəbula yazıla bilərlər”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.