Son yeniləmə: 2 Mart 2022 13:30
Bayraqdar.info – Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi davam edir. Layihə çərçivəsində ictimai siyasətlər və təhlili üzrə Bakıda dördgünlük təlim proqramı həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya martın 2-də BMTİP-nin Azərbaycan ofisindən məlumat verilib.
Qeyd edilib ki, proqramda14 müxtəlif rayondan 40 vətəndaş cəmiyyəti təşkilatı və fəal qruplar iştirak edib. Sessiyalar,ictimai siyasət və araşdırma üzrə ixtisaslaşmış milli eksperttərəfindən aparılıb. Proqramda iştirakçılar, siyasətlərin hazırlanması prosesinin mərhələləri daxil olmaqlaictimai siyasətin bir sıra baza konseptləri barədə ətraflı öyrəniblər.
Sessiyalar zamanı iştirakçılar data toplanılması üzrə müxtəlif metodlar və datanın təhlili istiqamətində biliklərini artırıb, həmçinin siyasət xülasələrinin yazılması və tövsiyələrinin formalaşdırılması üzrə praktiki bacarıqlara yiyələniblər. Təlim proqramının tərkib hissəsi olaraq iştirakçılar fərdi mentorluq dəstəyi də əldə ediblər.
Məlumatda o da qeyd edilib ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə-siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.