Son yeniləmə: 2 Mart 2022 12:14
Bayraqdar.info – Bakı Avrasiya Universitetinin kollektivi qədim zamanlardan bu günə qədər adət -ənənələri özündə saxlayan milli bayram olan Novruzun ən gözəl çərşənbələrindən biri – od çərşənbəsini qeyd edib.
Universitetdən bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, təntənəli mərasimdə öncə Universitetin struktur bölmələri Novruz adət-ənənələrini əks etdirən Novruz süfrələrini təqdim edərək, türk xalqlarının xilaskarlıq rəmzi olan tonqala od vurublar.
“Tədbirə qatılan Universitetin rektoru, professor Nazim Hüseynli bu bayram ərəfəsində bütün kollektivə səmimi təbriklərini çatdırıb, od çərşənbəsində odun, tonqalın yandırılmasını gələcək ilin ruzili, bərəkətli keçməsinə işarə olduğunu, od, tonqal yandırmağın isə yaz fəslinin başlanmasının,eyni zamanda havaların isinməsinin əsas göstəricisi olduğunu qeyd edib.
“Daha sonra qara zurna sədaları altında milli rəqslər və qədim oyunlar kosa və keçəlin iştirakı ilə tədbirə rəngarənglik qatıb. Qeyd edək ki, təntənəli mərasimdə Universitetin əcnəbi tələbələridə iştirak ediblər və milli bayramın möhtəşəmliyinə, süfrə mədəniyyətinə və zənginliyinə bir daha heyran olduqlarını gizlədə bilməyiblər”, – deyə xəbərdə vurğulanıb.