Press "Enter" to skip to content

“Bahar çələngi” layihəsi çərçivəsində məktəblərdə müxtəlif tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 2 Mart 2022 17:03

Bayraqdar.info – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Bahar çələngi” adlı layihəyə start verilir.

Bu barədə martın 2-də bayraqdar.info BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.

“Layihə çərçivəsində ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində “Bahar çələngi” adlı Novruz tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

“Bundan əlavə, məktəb kitabxanalarında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər təşkil olunacaq, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşalar hazırlanacaq.

“Novruz bayramının qeyd edildiyi digər ölkələrin də adət-ənənələrinin əks olunduğu seminarların keçirilməsi, idman yarışları və xalq oyunlarının, “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günlərinin təşkil olunması planlaşdırılır.

“Eyni zamanda, “Bahar çələngi” adlı Novruz guşələrinin və divar qəzetlərinin hazırlanması, məktəb həyətinin yaşıllaşdırılması, “Bahar çələngi” festivalının keçirilməsi də nəzərdə tutulur.

“Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə fərqlənən təhsil müəssisəsi, müəllim və şagirdlər təltif olunacaqlar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.