Press "Enter" to skip to content

“Azərbaycanım” 5-ci Respublika Uşaq Rəsm Festivalı

Rəsm Festivalı

Son yeniləmə: 2 Mart 2022 20:19

Bayraqdar.info –  Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərin mədəni irsinin daha geniş təbliği məqsədi ilə “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı başlayır. Festival çərçivəsində müsabiqə elan olunur.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Festival Təhsil Nazirliyi, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ŞUŞA İli” çərçivəsində baş tutacaq. Festivalın keçirilmsində məqsəd uşaqlar, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirməkdir.

“Yaşı 21-ə qədər olan istedadlı şəxslər 2022-ci ilin may ayının 2-dək Xətai Sənət Mərkəzinin Facebook qrupunda təqdim etdiyi əsərin fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.