Son yeniləmə: 1 Mart 2022 12:12
Bayraqdar.info – Məlum olduğu kimi Ukraynanın Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun binası bu əraziyə yaxın yerləşdiyi üçün müəyyən suallar yaranıb.
Öz növbəsində fəxri konsulluqdan bayraqdar.info-ya daxil olan məlumata görə, konsulluğun binası xəsarət almayıb. Məlumatda deyilir: “Fəxri konsulluğun binasının həmin ərazidə yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binası xəsarət almayıb. Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik”.
“Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – deyə, məlumatda daha sonra bildirilir.