Son yeniləmə: 1 Mart 2022 13:53
Bayraqdar.info – Polşanın Varşava şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri keçirilib.
Yarışda Azərbaycan milli komandasının tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı İsmayıl İbrahimov 66 kq. çəki dərəcəsində gümüş medal qazanıb.
Bu barədə bayraqdar.info-ya martın 1-də Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 2 bürünc medal ilə 32 ölkə arasında üçüncü yeri tutub.