Press "Enter" to skip to content

Şəhriyar Məmmədyarov FIDE reytinqində irəliləyib

Şəhriyar Məmmədyarov

Son yeniləmə: 1 Mart 2022 09:08

Bayraqdar.info – Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Şahmat Federasiyasndan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.

2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2 min 776 xalla 7-ci pillədə qərarlaşıb.

“Teymur Rəcəbovun mövqeyində dəyişiklik olmayıb. 2 min 753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qalıb.

“Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2 min 656) 80-ci olub.

“Reytinqin ilk “3-lüy”ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 min 864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 min 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2 min 799 xala malik çinli Dinq Liren 3-cüdür.

“Qadın şahmatçılardan Günay Məmmədzadə (2 min 454) bir sıra geriləyərək 25-ci, Gülnar Məmmədova (2 min 387) 4 pillə irəliləyərək 64-cü, Xanım Balacayeva isə (2 min 376) 2 pillə irəliləyərək 77-ci yerdədir”, -deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.