Press "Enter" to skip to content

Orta məktəb dərslikləri sadələşdiriləcək – TƏHSİL NAZİRİ

Təhsil naziri

Son yeniləmə: 1 Mart 2022 17:04

Bayraqdar.info – Orta məktəb dərslikləri sadələşdiriləcək. Bunun üçün mütəxəssislərlə müzakirələr aparılır.

Bayraqdar.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, artıq 1, 2 və 3-cü sinif dərslikləri yenilənib. Bu dərsliklər bizi qane edir. 4-cü sinif dərslikləri isə bu il pilot olaraq istifadəyə veriləcək. Nazir qeyd edib ki, dərsliklərin sadələşdirilməsi onların bəsitləşdirilməsi demək deyil. Bu, dərsliklərin daha anlaşıqlı və oxunaqlı olmasına xidmət edir. Dərsliklərin bəsitləşdirilməsi isə birbaşa məzmununu təhrif olunması deməkdir.

Mission News Theme by Compete Themes.