Son yeniləmə: 1 Mart 2022 16:38
Bayraqdar.info – Liberal elektrik enerjisi bazarları sahəsində onlayn seminar keçirilib. Seminar Energetika Nazirliyinin təşkilatçılığı, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya martın 1-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, seminar beş gün davam edib. Tədbirdə Çilinin Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosent və təsisçi-akademik direktoru Şəhriyar Nəsirov tərəfindən liberal elektrik enerjisi bazarlarının xüsusiyyətləri və üstünlükləri, bazar mexanizmləri, resurslardan səmərəli istifadə, elektrik bazarlarında risklərin idarə edilməsi, bazar monitorinqi və digər mövzular barədə ətraflı məlumat verilib.
Həmçinin, təqdimatlar nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.