Press "Enter" to skip to content

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb

Son yeniləmə: 1 Mart 2022 07:41

Bayraqdar.info – Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı tələbələr Vinnitsa şəhərinə aparılıb. Sonra isə orada olan bir qrup həmyerlimizlə birgə Moldovaya yola salınıb.

Bu barədə bayraqdar.info-ya martın 1-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz yollarla həyata keçirilməsini təmin edib.

Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.

Məlumatda o da xatırladılıb ki, bir neçə gün Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.

Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirilir.

Mission News Theme by Compete Themes.