Son yeniləmə: 1 Mart 2022 17:12
Bayraqdar.info – Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. II dövrənin IX turunun oyunları martın 3-də baş tutacaq.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından bayraqdar.info-ya bildirilib. Xəbərdə deyilir ki, günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu görüşdən 3 saat sonra “Ekspress”– “Sərhədçi” oyununa başlanacaq. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olunacaq.
Federasiyadan bildirilir ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.