Press "Enter" to skip to content

İmişli və Füzulidə elektrik şəbəkəsində yenidənqurma işləri

Son yeniləmə: 1 Mart 2022 17:07

Bayraqdar.info – “Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə başlayıb. 2022-ci il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Bu barədə bayraqdar.info-ya martın 1-də “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli və Füzuli rayonları elektrik şəbəkəsi ərazisində də yenidənqurma işləri davam edir. Layihə çərçivəsində İmişli rayonunun Mirli kəndində 5 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq. Artıq bunlardan 2-si istismara verilib. 8 km-ə yaxın 0,4 kV-luq, 2 kilometrdən çox 10 kV-luq xətlər yenilənib. Ümumilikdə isə yenilənəcək 0,4 kV-luq elektrik xətti 13 km-dən, 10 kV- luq elektrik xətti isə 18 kilometrdən çox olacaq. Mirli kəndinin 188 abonent var.

İmişlinin Qaravəlli kəndində isə 7 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq.14 kilometrdən çox 0,4 kv-luq, 15 km-ə yaxın 10 kV-luq elektrik xətləri yeninələcək. Qaravəlli kəndinin 212 abonenti var.

Məlumata əsasən, İmişli ilə yanaşı Aran RETSİ-nin ərazisində yerləşən Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də yenidənqurma işləri həyata keçirilir.İlk məqsəd işğaldan azad edilmiş bu ərazidə “N” saylı hərbi hissəyə yeni elektrik xəttinin çəkilişi həyata keçirilir. Layihə çərçivəsində hərbi hissəyə yeni 35/0,4 kilovoltluq hava verilişi xətti çəkilir.

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kilovoltluq yarımstansiyadan götürən bu xəttin uzunluğu 22 kilometrdir. Qeyd edək ki, ərazi təhlükəli olduğundan öncə minadan təmizləmə işləri aparılıb.

Mission News Theme by Compete Themes.