Press "Enter" to skip to content

İkitərəfli əməkdaşlığın gələcək istiqamətləri

Son yeniləmə: 1 Mart 2022 17:15

Bayraqdar.info – Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Bu barədə bayraqdar.info-ya martın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri VircilPopesku arasında görüş olub.

Görüşdə Rumıniyanın ölkəmizdəki səfiri VasileSoare də iştirak edib. S.Babayev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Rumıniya olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq əsasında ildən-ilə inkişaf etdiyiniqeyd edib.

O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edən

S.Babayev əməkdaşlığın inkişafı, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın böyük olduğunu vurğulayıb.

Nazir əlaqələrin daha da genişlənməsi üçün Komissiyanın səylərini daim artdırdığını deyib. Komissiyanın 2018-ci ilin noyabr ayında Buxarest şəhərində (Rumıniya) keçirilən 5-ci iclasının da müsbət nəticələrini diqqətə çatdırıb.

V.Popesku ölkələrimiz arasında fəal siyasi dialoqun, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əlaqələrin genişlənməsi üçün aparılan işlərin məmnunluq doğurduğunu qeyd edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Görüşdə ötən dövrdə Azərbaycan və Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığı qeyd edilib. Hazırlanmış yeni əməkdaşlıq sənədləri layihələrindən bəhs olunub. Əmək, məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin fəal əməkdaşlığı üçün potensialın olduğu vurğulanıb. Yeni əməkdaşlıq sənədləri layihələri sırasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ruminiyanın Əmək Ədalət Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin də olduğu diqqətə çatdırılıb.

Mission News Theme by Compete Themes.