Son yeniləmə: 1 Mart 2022 14:14
Bayraqdar.info – “Biz bir tərəfdən humanitar yardım göstəririk, digər tərəfdən də diplomatik, siyasi və beynəlxalq müstəvidə dinc yol və üsulları dəstəkləyən hər cür töhfələri veririk. Uzun illər Montrö statusu çox uğurla davam etdi”.
Bunu qardaş Türkiyənin milli müdafiə naziri Hulusi Akar mətbuat nümyəndələrinə açıqlamasında deyib.
Nazir bildirib ki, sözügedən saziş bütün sahilyanı ölkələr üçün faydalı olmaqla yanaşı, digər ölkələrin də giriş-çıxışını tənzimləyir: “Hər hansı bir şəkildə Montrö sazişinin aşındırılması, status-kvonun pozulması heç kimə fayda verməz. Montrönün qorunmasında fayda görürük. Biz bu çərçivədə işimizi davam etdiririk. Hesab edirik ki, Montrö və bu sazişin ortaya qoyduğu qaydalara əməl etmək bütün tərəflər üçün faydalıdır. Arzumuz budur ki, bu problemlər ən qısa zamanda sülh yolu ilə, diplomatik yollarla həll olunsun və bölgədə yenidən sülh və əmin-amanlıq hökm sürsün. Biz bunun üçün çalışırıq”.
MİLLÎ SAVUNMA BAKANI HULUSİ AKAR: “Herhangi bir şekilde Montrö'nün aşındırılması, statükonun bozulması kimseye yarar sağlamaz. Montrö'nün korunmasında fayda görüyoruz. Montrö Sözleşmesi'nin 19, 20, 21'inci maddelerinin uygulamasını sürdüreceğiz.”https://t.co/m7PbY2yY2o pic.twitter.com/nppzmiWnh4
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 1, 2022