Son yeniləmə: 1 Mart 2022 08:19
Bayraqdar.info – Xocalı siyqırmının 30-cu ildönüm ilə bağlı KKTC-də keçiirlən tədbirə qatılmaq üçün bu ölkədə olan millət vəkili Ramin Həsən baş nazir Faiz Sucuoğlu tərəfindən qəbul edilib. Qəbulda R.Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Bununla bağlı məlumatda deyilir ki, Məclis şərəf salonunda baş tutan qəbulda baş nazir Azərbaycan millət vəkilləri və nümayəndə heyətini Kuzey Kıbrısda qəbul etməkdən xoşbəxtlik duyduqlarını deyib.
“Hər zaman dediyimiz kimi, biz 3 dövlət, bir millətik, KKTC Türkiyə və Azərbaycan”, – deyən F.Sucuoğlu KKTC-nin apardığı mübarizə barədə də məlumat verib.
“KKTC hazırda yalnız Türkiyə Cümhuriyyəti tərəfindən tanınır. Lakin təşəbbüs və işlərin sonunda KKTC tanınma məsələsində haqq etdiyi nöqtəyə çatacaq”, – deyə baş nazir əlavə edib.