Press "Enter" to skip to content

Əli Əsədov və Samir Nuriyev Qarabağda

Əli Əsədov və Samir Nuriyev

Son yeniləmə: 1 Mart 2022 12:38

Bayraqdar.info – Martın 1-də Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyatı dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Nazirlər Kabinetindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, səfərdən məqsəd dövlət başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.

Əli Əsədov və Samir Nuriyev

“Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək.

“Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.