Press "Enter" to skip to content

Yaxın 3 gün ərzində gözlənilən hava

Buludlu hava

Son yeniləmə: 28 Fevral 2022 18:52

Bayraqdar.info – Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bayraqdarr.info-ya verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.

“Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 11-15 dərəcə isti olacaq.

“Martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.