Son yeniləmə: 28 Fevral 2022 15:46
Bayraqdar.info – Artıq beş gündür davam edən Rusiya-Ukrayna müharibəsi fonunda təcavüzə məruz qalan Ukrayna humanist addım atıb. Rusiyanın öz itkilərini gizlətmək cəhdini görən Ukrayna bu işdə rus əsgərlərinin yaxınlarına yardım üçün internetin imkanlarından istifadə etməyə başlayıb. Eyni zamanda Rusiyalı əsgər yaxınları üçün qaynar xətt də təşkil edilib.
Ukrayna dövləti zərərsizləşdirilən rus hərbçiləri ilə bağlı ayrıca internet saytı qurub. Burada istər məhv edilən, istərsə də əsir düşən Rusiya hərbçiləri haqqında informasiya açıq şəkildə təqdim edilir ki, onların yaxınları məlumat ala bilsinlər. Bundan başqa Telegram-da da eyni adlı – РФ200 ищи своих kanal qurulub, eyni məlumatlar orda da paylaşılır.
Ukraynanın bu informasiya lütfkarlığı belə Rusiyanın xoşuna gəlməyib. Öz itkilərini öz xalqından gizlədən Rusiya hər iki resursa girişi qadağan edib ki, hərbçi yaxınları öz doğmaları haqqında xəbər ala bilməsinlər.
Yeni gəlmişkən, Ukrayna tərəfinin fevralın 28-nə yaydığı məlumata görə, təcavüzkar tərəfin – Rusiyanın canlı qüvvə itkilərinin sayı 5 min nəfəri keçib. Ukrayna bu bilgini konkret video, foto və sənədlərlə açıq şəkildə təqdim edir.
Qeyd edək ki, xəbəri Ukrayna hökuməti yayıb.
Eyni adlı YouTube kanalı da fəaliyyət göstərir.