Son yeniləmə: 28 Fevral 2022 15:41
Bayraqdar.info – 22-26 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində beynəlxalq sərgi keçirilib. Məkkə Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş sərgidə 20-dən çox ölkənin, o cümlədən Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunub.
Bu barədə bayraqdar.info-ya fevralın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, sərgidə KOBİA-nın dəstəyi ilə Azərbaycanın 8 sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və s. məhsulları təqdim edilib.
Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.