Son yeniləmə: 28 Fevral 2022 01:18
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlament bu gün yenidən toplanacaq.
Bu barədə verilən məlumatda deyilir ki, Cümhuriyyət Məclisinin fevralın 28-dəki iclası Zorlu Törənin müvəqqəti sədrliyi ilə yerli vaxtla saat 10:00-da başlayacaq. İclasda yeni hökumət proqramı müzakirə ediləcək.
Bildirilir ki, müzakirələrə fevralın 28-də gecəyə kimi yekun vurmaq mümkün olsa, o zaman proqram martın 2-də səsverməyə çıxarılacaq.
Parlamenin gündəliyində duran digər vacib məsələ isə rəhbərliyin seçilməsidir.