Son yeniləmə: 28 Fevral 2022 14:58
Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi martın 1-də – Od çərşənbəsi günü ziyarətçiləri əfsanələr dolu sərgiyə dəvət edir.
Muzeydən bayraqdar.info-ya bildiriblər ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, rəssam Əjdər Qafarovun sərgisi “Göydən üç alma düşdü…” adlanır.
“Bir sıra rəsm əsərləri, həmçinin “Qarabağ atı”, “1175-ci il dəniz döyüşü” və s. animasiya filmləri üçün rəsmlər çəkmiş Ə.Qafarovun yaratdığı nağıllar dünyasının rəngarəng aləmi bu Novruz günlərində xoş əhval-ruhiyyə bağışlayacaq.
“Sərgini martın 1-dən 7-dək ziyarət etmək mümkündür (giriş sərbəstdir, pulsuzdur). Sərgidə COVID-19 pandemiyası ilə bağlı qaydalara riayət olunması (tibbi maska taxmaq, sosial məsafə saxlamaq) mütləqdir.”, -deyə xəbərdə qeyd edilir.