Son yeniləmə: 28 Fevral 2022 09:10
Bayraqdar.info – 2022-ci il 26-27 fevral tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçirilən cüdo üzrə “Açıq Avropa” turniri Azərbaycan idmançıları üçün uğurlu olub.
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 34 ölkədən 493 idmançının iştirak etdiyi yarışda Azərbaycan milli yığma komandası 6 çəki dərəcəsində ümumilikdə 13 idmançı ilə təmsil olunaraq turniri 5 medalla başa vurub.
“Nəticələrə görə, komanda sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə birinci yerdə tamamlayıb.
“Turnirin birinci günü 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov qızıl medal, Rövşən Əliyev bürünc medal qazanıb. 66 kq çəki dərəcəsində İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə yarışı gümüş medalla başa vurub.
Yarışın ikinci günü 100 kq-dan çox çəki dərəcəsində tatamiyə çıxan cüdoçu İmran Yusifov fransalı rəqibi Adrien Qeoffroya qalib gələrək bürünc medala layiq görülüb.