Son yeniləmə: 28 Fevral 2022 15:50
Bayraqdar.info – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.
Bu barədə bayraqdar.info-ya şirkətdən bildirilib. “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.
“Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər”, – deyə xəbərdə qeyd edilib.