Press "Enter" to skip to content

Bu, dünya tarixinin ən dəhşətli faciələrindən biridir

Son yeniləmə: 28 Fevral 2022 11:12

Giresunda da Xocalı soyqırımının qurbanları yad edilib

Bayraqdar.info – Qardaş Türkiyənin hər yerində olduğu kimi Giresunda da Xocalı soyqırmının qurbanları yad edilib. Belə ki, Xocalı soyqırımının 30-cu ildönüm ilə bağlı Giresun Azərbaycanlıları Dərnəyinin təşkilatçılığı ilə panel keçirilib.

Bu barədə bayraqdar.info-ya Dərnəyin sədri Elgün Məmmədov məlumat verib.

Onun sözlərinə görə, tədbirdə şəhər rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərin xatirəsinin yad edilməsi və hər iki ölkənin dövlət himnin səsləndirilməsindən sonra Giresun Universitetinin professoru Prof. Dr. Betül Karagöz Yerdelenin moderatorluğu ilə tədbir öz işinə başlayıb.

Can Akengin Sənət Qalereyasında keçirilən paneldə açılış nitqi ilə E.Məmmədov çıxış edib. Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verən E.Məmmədov bu faciənin heç zaman unudulmayacağını deyib: “Həmin dəhşətli gecədə diri – diri yandırılan, divara mismarlanan, dərisi soyulan qardaş və bacılarımız başına gətirələn bu müsibətlər düşmənlərimizin necə qaniçən, vəhşi olduğunu bir daha dünyaya nümayiş etdirirdi. Biz bu gün Xocalı şəhidlərinin əziz xatirəsini yad etməklə yanaşı, bəyan edirik ki, onların cəlladlarının layiq olduqları cəzanı alması üçün var gücümüzlə çalışacayıq”.

Çıxış edən Burdur Mehmet Akif Univeristetinin öğretim üyesi Doç.Dr. Esma Özdaşlı Xocalı soyqırımının unudulmaması üçün davaml tədbirlərin keçirilməsinin vacib olduğunu deyib.

E.Özdaşlı bildirib ki, xüsusilə türk dünyası gəncləri arasında bu qanlı faciə haqqında mütəmadi məlumatlandırma aparılmalıdır: “Gənclərimiz düşmənlərimizin kimliyini yaxşı bilməlidirlər. Gənclərimiz həm də zaman-zaman türk dünyasına, türk xalqlarına qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımları barədə də geniş bilgiyə sahib olmalıdırlar. Biz bunu gənclərimizə öyrətməliyik ki, gələcəkdə bir daha belə faciələrlə baş-başa qalmayaq”.

Çıxışında həmçinin Azərbaycanın tarixi Zəfərindən da danışan E.Özdaşlı bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı sayəsində qazanılan tarixi Qələbənin real nəticəsi regionda sülh və inkişafa tərəfdar olan bütün ölkələrin maraqlarını əks etdirir.

Bayburt Universitetinin öğretim üyesi, Doç. Dr Ramin Sadık isə çıxışında ermənilərin müxtəlif dövrlərdə türk xalqalarına qarşı həyata keçirdiyi qətliamlar barədə geniş məlumat verib. Çıxışda xüsusi olaraq vurğulanib ki, ermənilər bu qətliamları məhz xarici havadarlarının dəstəyi ilə həyata keçiriblər.

Qeyd olunub ki, həmin havadarlar bu gün də errmənilərdən türk dünyasına qarşı bir maşa kimi istifadə edirlər: “Buna görə də türk dünyası bir olmalı, ayıq-sayıq olmalı və düşmənin öz qanlı əməllərini həyata keçirməsinə bir daha imkan verməməlidir”.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç isə çıxışında bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan və Türkiyənin deyil, bütün dünya tarixinin ən dəhşətli faciələrindən biridir.

Qeyd edilib ki, Ermənistan Azərbaycan torpaqlarını işğalı edən zaman bir milyondan çox azərbaycanlı öz yurd-yuvalarından, doğmalarının məzarlarından uzaqda yaşamağa məhkum ediliblər: “Xocalı soyqırımı müasir dünyanın gözü qarşısında törədilən insanlığın üz qarasıdır. Otuz ildə acımız azalmadı. Ötən otuz ildə Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində böyük işlər görülüb”.

Çıxışında Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncamını xatırladan H.Kılıç deyib ki, Azərbaycan Xocalı soyqırımının intiqamını 44 günlük Vətən müharibəsində mərdi-mərdanə döyüş meydanında alıb. Lakin Azərbaycan və Türkiyə bir yerdə bütün dünyadan “Xocalıya ədalət!” tələbini davam etdirməlidir.

H.Kılıç Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyətə də toxunub. Qeyd edib ki, qazanılan Qələbə Xocalı soyqırımının bütün məqamları ilə dünya birliyinə olduğu kimi çatdırılması üçün yeni imkanlar yaradıb.

Çıxışlardan sonra iştirakçılara plaket təqdim olunub.

Mission News Theme by Compete Themes.