Press "Enter" to skip to content

“Azərbaycan xalçası — yeni baxış” sərgisi davam edir – MOSKVADA

“Azərbaycan xalçası — yeni baxış” sərgisi

Son yeniləmə: 28 Fevral 2022 10:36

Bayraqdar.info – Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə əlaqədar keçirilən “Moskvada Azərbaycan Günləri” festivalı çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) açılmış “Azərbaycan xalçası — yeni baxış” sərgisi davam edir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil edilmiş sərgi fevralın 25-də XTNS-nin “Azərbaycan” pavilyonunda açılıb.

“Ekspozisiyanın ziyarətçiləri Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olurlar. Sərgidə nümayiş etdirilən xalçalar “Azərxalça”nın yaradıcı kollektivi ilə Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovun səmərəli əməkdaşlığının nəticəsidir.

“Pavilyona gələnlər burada Heydər Əliyev Fondunun daha bir layihəsi – dahi Azərbaycan şairi və mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yaradılmış “Dildən dilə” ədəbi layihəsi ilə tanış ola bilərlər. Sərgi 2022-ci il mayın 5-dək davam edəcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.