Press "Enter" to skip to content

28 fevralda bu tarixi hadisələr baş verib

"Kalevala"

Son yeniləmə: 28 Fevral 2022 11:18

Bayraqdar.info – 28 Fevralda hansı tarixi günlər olub? Bu günləri tarix yadda necə saxlayıb? Bunu araşdırmaq üçün qısa ekskursiyaya çıxdıq. Məlum oldu ki, 1835-ci ilin 28 fevralında finlərin “Kalevala” eposunun ilk çap toplusu işıq üzü görüb. Bu epos sonradan bir çox xalqların dillərinə tərcümə olunub və dünya mədəniyyəti xəzinəsinin incilərindən birinə çevrilib. Fin xalqı hər il fevralın 28-ini Kalevala Günü olaraq qeyd edir.

Misirin müstəqilliyi

1922-ci il fevralın 28-də Misir Birləşmiş Krallıqdan ayrılaraq müstəqilliyini elan edib.16-cı əsrin əvvəllərindən təxminən 400 il Osmanlı dövlətinin tərkibində olan Misir 1882-ci ildən İngiltərənin təsiri altında oldu. 40 il boyu ingilislər tərəfindən idarə edilən Misir Krallığında 1922-ci ilin 28 fevralında müstəqillik elan olunsa da, heç bir şey dəyişməyib. Çünki sonrakı 30 il boyu yenə ingilislər fəal olaraq ölkənin rəhbərliyinə istiqamət verib. İngiltərənin hakimiyyətinə ancaq 1952-ci il Çevrilişi nəticəsində Misir Krallığının devrilməsindən sonra son qoyulub. Bir il sonra Misir özünü respublika elan edib.

Misir

Televiziyanın ilk yayım günü

1940-cı ilin 28 fevralında dünyada ilk dəfə televiziyadan birbaşa translyasiya (yayım) olub. Fordham ilə Pittsburq universitetləri komandalarının “Medison Square Garden”də oynadığı qarşılaşma televiziyadan yayımlanan ilk basketbol qarşılaşması kimi tarixə düşdü.

Türkiyə BMT-nin bəyannaməsini imzalayıb

1945-ci ilin 28 fevralında Türkiyə Birləşmiş Millətlər Təşkilatının bəyannaməsini imzalayıb.

Türkiyə Müvəqqəti İşlər vəkili Orxan Erol tərəfindən Amerikada imzalanan bəyannamədən 8 ay sonra Birləşmiş Millətlər Təşkilatı rəsmən qurulub . Yəni Türkiyə BMT-nin qurucu üzvlərindən biri olub.

Birləşmiş Millətlər Təşkilatı

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatını yaratmaq fikri ilk dəfə II Dünya Müharibəsinin axırında qalib ölkələr tərəfindən dövlətlərarası münaqişələri aradan qaldırmaq, gələcəkdə meydana gələ və təhlükəsizlikləri təhdid edə biləcək yeni savaşların qarşısını almaq məqsədilə ortaya atılmışdı.

Avropa İttifaqının yaradlması

1986-cı il fevralın 28-də Avropa İttifaqının yaradılması haqqında akt imzalanıb. Həmin sənədə əsasən, 1987-ci il iyunun 1-də Avropa ölkələrinin bəzi kommunikasiya sahələri və idarələri birləşdirilib. 1993-cü il yanvarın 1-dən isə vahid daxili bazar yaradılıb, İttifaqa daxil olan dövlətlərin vətəndaşlarının həmin ölkələrdə tam azad hərəkəti təmin edilib.

Avropa Birliyi

Bu tarixi şəxsiyyətlər 28 fevralda anadan olub

Azərbaycanda riyaziyyat elminin banilərindən biri, akademik İbrahim İbrahimov 1912-ci ilin 28 fevralında anadan olub. Onun tədqiqatları riyaziyyatın funksional nəzəriyyəsilə bağlıdır. Görkəmli alimin bir çox elmi əsəri dünyanın müxtəlif ölkələrində çap olunub. Ali məktəblər üçün yazdığı “Ədədlər nəzəriyyəsi”, “Sıralar nəzəriyyəsinin əsasları”, “Riyazi analiz kursu” dərslikləri İbrahim İbrahimovun Azərbaycan elmi, pedoqoji kollektivinə qiymətli töfhələrdir. (1912-1994)

Ibrahim İbrahimov

28 fevral 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən ilk Türkiyə yazıcısı Yaşar Kamal dünyadan köçdü.

Hələ məktəbə başlamazdan əvvəl şeirlər qoşan, sonralar roman, povest və ssenarilər yazan Yaşar Kamal Türkiyə ədəbiyyatının ən böyük nümayəndələrindən biri olaraq tanınır. Onun əsərləri bir çox dilə tərcümə olunub, başqa ölkələrdə nəşr edilib, əsərləri əsasında filmlər çəkilib.

Yaşar Kamal

Türkiyədə aldıqları ilə yanaşı, Yaşar Kamal “Cino del Duca”, “Legion d’Honneur”, “Premi İnternacional Catalunya”, Almaniya Kitab Evləri İttifaqı Frankfurt Kitab Sərgisi Sülh mükafatı kimi 20-dən artıq beynəlxalq mükafat qazanıb.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.