Press "Enter" to skip to content

Türk dünyası bu faciəni heç vaxt unutmayacaq

Son yeniləmə: 27 Fevral 2022 10:31

Bayraqdar.info – Türk Ocaqları Osmaniye şöbəsinin təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilib.

Bu barədə bayraqdar.info-ya Osmaniye Korkut Ata Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin Dr. öğr. üyesi Elnur Paşa məlumat verib.

Onun sözlərinə görə fevralın 25-də Türk Ocaqları Osmaniye şöbəsi və AĞAMDER tərəfindən “Xocalı soyqırımının 30-cu ildönümü və Qarabağ Zəfərinin anlamı” mövzusunda anım tədbiri keçirilib. Şəhidlərinin ruhunun yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin ruhuna yasin oxunub.

Tədbiri giriş sözü ilə açan Türk Ocaqları Osmaniye şöbəsi başqanı Mehmet Çetinkaya Xocalı soyqırımının bəşəriyyət üçün qara ləkə olduğunu deyib. O, bu soyqırımının unudulmaması üçün davamlı tədbirlərin görülməsinin, məlumatlandırmanın vacibliyini vurğulayıb.

Sonra Gaziantep Universitetinin müəllimi, Prof. Dr İlqar İmamverdiyevin “Vəhşətin simvolu Xocalı qətliamı”, vəkil Əli İmamverdinin “Xocalı soyqrımının hüquqi dəyərəndirilməsi” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə xüsusi olaraq vurğulanıb ki, Azərbaycan xalqı, dünya azərbaycanlıları və türk dünyası bu faciəni heç vaxt unutmayacaq və unutdurmayacaq.

Məruzələrdən sonra Prof. Dr İlqar İmamverdiyevin rəhbərlik etdiyi ansamblın ifasında faciəyə həsr olunmuş musdiq və türkülər səsləndirilib.

Mission News Theme by Compete Themes.