Press "Enter" to skip to content

Soydaşlarımızdan Vaşintqonda Ukraynaya dəstək aksiyası

Bayraqdar.info – Fevralın 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda, Konqresin binasının qarşısında ölkənin müxtəlif bölgələrində yaşayan azərbaycanlıların iştirakı ilə etiraz aksiyası keçirilib.

“Xocalıya ədalət” ümum-Amerika aksiyasından sonra bir qrup soydaşımız Ukraynanın ABŞ-dakı səfirliyinin qarşısına yola düşüb.

Bu barədə bayraqdar.info-ya fevralın 27-də ABŞ-da yaşayan diaspora fəalı Zaur Bayramlı məlumat verib.

Onun sözlərinə görə,soydaşlarımız aksiyada Amerikada yaşayan azərbaycanlılara adından Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya öz dəstəklərini ifadə ediblər: “Aksiyada Güney və Quzey Azərbaycandan, Türkiyədən və Qazaxıstandan olan soydaşlarımız iştirak edirdi. Aksiya iştirakçılarının Ukraynanın ABŞ-dakı səfirliyinin 3 rəsmi təmsilçisi: Ukrayna səfirliyinin baş konsulu Konstantin Vorona, səfirliyin siyasət və mədəniyyət üzrə 1-ci katibi Taras Moskalenko və səfirliyinin mətbuat atteşesi Vladimir Rizniçenko qarşıladı. Ukrayna səfirliyinin nümayəndələri aksiya iştirakçılarına verdikləri mənəvi dəstəyə görə təşəkkür etdilər. Çox səmimi söhbət etdik, xatirə şəkli çəkdirdik”.

Zaur Bayramlı deyib ki, Ukrayna nümayəndələri Azərbaycan və Türkiyə prezidentlərinə verdikləri dəstəyə görə ayrıca təşəkkür ediblər.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.