Bayraqdar.info – 2022-ci ildə yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunan elmi tədqiqat işləri aparılacaq, məqalələr dərc olunacaq.
AMEA-dan bayraqdar.info-ya bildirilib ki, bu məsələ “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Tədbirlər planına əsasən elmi əsər, monoqrafiya, antologiyalar da nəşr ediləcək.
“Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb”, – deyə xəbərdə bildirilir.