Press "Enter" to skip to content

“İrəli” Xocalı şəhidlərini anıb

Son yeniləmə: 26 Fevral 2022 14:29

Bayraqdar.info – “İrəli” İctimai Birliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.

Bu barədə bayraqdar.info-ya fevralın 26-da quurmdan bildirilib.

Qeyd edilib ki, bu tədbirlər çərçivəsində “İrəli” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv olan150-dən çox gənc “Ana harayı” abidəsini ziyarət edib, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək məqsədilə“İrəli” gəncləri üzərində “Justice For Khojaly” yazılan vərəqlərlə şəkil çəkdirərək kampaniya üçün nəzərdə tutulmuş həştəqlərlə sosial şəbəkə hesablarında paylaşım edərək, soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işinə öz töhfələrini verməyə çalışıblar.

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtdakı bir sıra məktəb və liseylərdə, eləcə də regionlarda Xocalı faciəsi qurbanlarına həsr olunmuş “25 Böyüməyən Uşaq” filminin nümayişi həyata keçirilib. Birlik tərəfindən lentə alınan filmi ümumilikdə 1500-dən çox gənc izləyərək, Xocalı soyqırımı ilə bağlı reallığı əks etdirən görüntülərlə tanış olub, eyni zamanda faciə zamanı hər iki valideynini itirmiş 25 uşağın acı dolu uşaqlıq illərini şahidlərin dilindən dinləyiblər.

Silsilə tədbirlər çərçivəsində “Teleqram” sosial şəbəkəsində faciənin dünya miqyasında tanınması, şahidlərin həyat hekayələri, faciənin hüquqi-siyasi qiymətləndirilməsi və ümumən Xocalı faciəsi ilə bağlı məlumatların müxtəlif dillərdə əks olunduğu bot yaradılıb. Botda gənclərin soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən kampaniyaya necə qoşula biləcəyi haqqında ətraflı məlumat verilib.

Hər il olduğu kimi bu il də “İrəli” gəncləri Xocalı faciəsinin ildönümünə həsr olunmuş sosial şəbəkə aksiyası həyata keçiririblər. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə baş tutan kampaniya çərçivəsində tvitter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici dillərdə maarifləndirici, infoqrafik tvitlərin paylaşılması, eləcə də dünya gündəmində olub, aktiv tvitter sosial şəbəkə istifadəçisi olan siyasətçi, dövlət xadimi və ekspertlərin tvitlərinə retvitlərin edilməsi, rəylərin bildirilməsi təmin edilib.

Mission News Theme by Compete Themes.