Press "Enter" to skip to content

İlham Əliyev Türkiyə Pezidenti Recep Tayyip Erdoğana telefonla zəng edib

İlham Əliyev və Recep Tayiip Erdoğan

Son yeniləmə: 26 Fevral 2022 18:08

Bayraqdar.info – Prezident İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Recep Tayyip Erdoğana telefonla zəng edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Prezident Recep Tayyip Erdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

“Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

“Prezident Recep Tayyip Erdoğan Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

“Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

“Dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.