Press "Enter" to skip to content

Gənclərimiz tariximizi dərindən öyrənməlidirlər

Son yeniləmə: 26 Fevral 2022 22:08

Eskişehirdə Xocalı soyqırımının dəhşətlərindən bəhs edən fotosərgi açılıb

Bayraqdar.info – Fevralın 26-da Eskişehirdə Xocalı soyqırmının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Türk Ocaqları Eskişehir şöbəsinin Gənclik Qollarının təşkilatçılığı ilə ilk olaraq Eskişehirin böyük küçələrindən olan Hamamyolu caddəsində isə “Qarabağ-Xocalı” adlı fotosərgi açılıb.

Bu barədə bayraqdar.info-ya Türk Ocaqları Eskişehir şöbəsindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Türk Ocaqları Eskişehir şöbəsinin Gənclik Qolları başqanı Alperen Urhan mətbuat üçün açıqlama ilə çıxış edib.

Açıqlamada qeyd edilib ki, 30 il öncə fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlıq tarixinin ən dəhşətli faciələrindən biri törədildi: “Həmin vaxt qətlə yetirilən 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini, soydaş və dindaşımızın əziz xatirələrini yad etmək üçün bu fotosərgini təşkil etmişik”.

Qeyd edilib ki, bu soyqırmını bir an olsun unutmuruq. Əsrlər boyu türklərə qarşı həyata keçirilən soyqırımlarını sadəcə həmin faciələrin törədidiyi tarixdə deyil, hər zaman xatırlayırıq.

Gələcəkdə bir daha belə faciələrin, sürgünlərin, qətliamların olmaması üçün gənclərimiz tariximizi dərindən öyrənməli, dostumuzun kim, düşmənimizin kim olduğunu bilməlidirlər.

Bildirilib ki, bu tədbirdə iştirak edən türk dünyasını təmsil edən gənclər də bu tariximizi bilməli, öyrənməli və öyrətməlidirlər.

Mərasimdə vurğulanıb ki, Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotosərgi fevralın 27-də də ziyarətçilər üçün açıq olacaq.

Fevralın 26-da həmçinin yerli vaxtla saat 15:30-da Çarşı camisində Xocalı şəhidləri üçün mövlud oxunub. Onlar üçün dualar edilib.

Xocalı şəhidlərinin xatirəsi Eskişehirdə də anılacaq

Mission News Theme by Compete Themes.