Son yeniləmə: 26 Fevral 2022 16:57
Bayraqdar.info – Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşları birgə əməliyyat keçirib, saxlanılanlar var.
Bu barədə bayraqdar.info-ya fevralın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
“Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri – Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.
“Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır”, – deyə xəbərdə qeyd edilir.