Son yeniləmə: 25 Fevral 2022 13:45
Türk Ocaqları Eskişehir şöbəsinin Gənclik Qolları soyqırımın 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək
Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı dünyanın müxtəlif yerlərində, o cümlədən qardaş Türkiyədə silsilə tədbirlər keçirilməkdədir. O cümlədən Eskişehirdə də bununla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Əldə etdiyimiz məlumata görə, Türk Ocaqları Eskişehir şöbəsi də Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirəcək.
Eskişehir Türk Ocağının başqanı Prof. Dr. Nedim Ünalın bayraqdar.info-ya verdiyi məlumata görə, Türk Ocaqları Eskişehir şöbəsinin Gənclik Qollarının təşkilatçılığı ilə fevralın 26-da Eskişehirin böyük küçələrindən olan Hamamyolu caddəsində “Qarabağ-Xocalı” adlı fotosərgi açılacaq. Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi 26-27 fevralda ziyarətçilər üçün açıq olacaq.
Sərgi ilə yanaşı Türk Ocaqları Eskişehir şöbəsinin Gənclik Qolları tərəfindən Xocalı soyqırmı ilə bağlı mətbuata açıqlama veriləcək. Həmçinin, sərgiyə gələnlərə faciədən bəhs edən məlumatların olduğu broşurlar paylanacaq.
Prof. Dr. Nedim Ünal deyib ki, elə həmin gün saat 15:30-da Çarşı camisində Xocalı şəhidləri üçün mevlid-i şerif oxunacaq.
[…] Xocalı şəhidlərinin xatirəsi Eskişehirdə də anılacaq […]