Press "Enter" to skip to content

Vəzifəli şəxslər həbs edilib

Baş Prokurorluq

Son yeniləmə: 25 Fevral 2022 11:17

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə fevralın 25-də Baş Prokuroruluqdan bayraqdar.info-ya verilən mlumatda bildirilib. Məlumata görə, qeyd olunan qurumda müvafiq sektorda mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışlar veriblər. Bunun müqabilində onların müraciət etmiş ayrı-ayrı şəxslərin 12 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə əsaslı şübhələr müəyyən edilib.

“Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq şöbəsində ekspert işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron rayonunda torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib olunması və çıxarışların verilməsi üçün müraciət etmiş vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr yaranıb.

“İş üzrə toplanmış sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq CM-nin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mission News Theme by Compete Themes.