Press "Enter" to skip to content

Türkiyədən gələn tibbi heyət Bakıda qaziləri qəbul edib

Son yeniləmə: 25 Fevral 2022 14:03

Bayraqdar.info – Fevralın 24-ü Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası Azərbaycana gəlib. Onların arasında beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu yer alıb.

Bu barədə bayraqdar.info-ya fevralın 25-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 qazini və bir şəhid övladını müayinə ediblər. Qazilərin Türkiyədəki əməliyyatını da məhz həmin həkimlər həyata keçirib.

Həkimlərlə görüş zamanı onlara “YAŞAT” Fondunun təqvimi, plaketi və jurnalı hədiyyə olunub.

“YAŞAT” Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə əsasən qazilərin əməliyyat və müalicəsini qardaş ölkə Türkiyə Respublikasında həyata keçirir. Bu günə kimi 165 qazi Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazinin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.

Mission News Theme by Compete Themes.