Press "Enter" to skip to content

Olcay Kılavuz: Xocalı dinməyən acımız, sağalmayan yaramızdır

Olcay Klavuz

Son yeniləmə: 25 Fevral 2022 10:49

Bayraqdar.info – “Dünya sussa da, biz bu soyqırımı və şəhidlərimizi heç vaxt unutmamışıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”.

Bunu qardaş Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Mersin millət vəkili Olcay Kılavuz deyib.

Türkiyə Böyük Millət Məclisinin Genel Kurulunda çıxış edən O.Kılavuz 1992-ci il fevralın 26-da Xocalıda şəhid olan Azərbaycan türklərinin əziz xatirəsini yad edib.

O.Kılavuzun bayraqdar.info-ya verdiyi məlumata görə, çıxışında o daha sonra aşağıdakıları bildirib: “1992-ci il fevralın 26-da sivil adlanan dünyanın gözü qarşısında əziz Azərbaycanımızın Xocalı şəhərində 63-ü uşaq, 106-sı qadın və qoca olmaqla 613 soydaşımız vəhşicəsinə qətlə yetirilib. Gözlərini qan bürümüş türk düşməni canilərin törətdiyi Xocalı soyqırımı zamanı şəhidlik şərbətini içən soydaşlarımızı, həmvətənlərimizi rəhmət və minnətlə yad edir, onların mənəvi hüzurunda ehtiramla baş əyirəm”.

“Xocalı dinməyən dərdimiz, keçməyən sızıltımız, sağalmayan yaramızdır. Ürəyi qara, vicdanı ağır olan dünya sussa da, biz bu soyqırımı və şəhidlərimizi heç vaxt unutmamışıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik. Yaşasın Azərbaycanımız, yaşasın Türkiyəmiz!”, – deyə, o çıxışına yekun vurub.

Mission News Theme by Compete Themes.