Press "Enter" to skip to content

“Mənim müharibəm”, “Böyüməyən uşaqlar” – TEATRLARIN REPERTUARI

Oprea və Balet Teatrı

Son yeniləmə: 25 Fevral 2022 13:23

Bayraqdar.info – Fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümüdür. Bu, ümumxalq hüzn günü Azərbaycanda və dünya azərbaycanlılarının yaşadığı ölkələrdə dərin hüznlə anılır. Azərbaycanda ümumtəhsil məktəblərində, ali təhsil və elm ocaqlarında, idarə və təşkilatlarda faciə qurbanlarının xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər keçirilir.

Artıq bir neçə gündür ki, davamlı qeyd edilən tədbirlərə Azərbaycanın mədəniyyət ocaqları – teatrlar da qoşulub. Xocalı faciəsi teatrların repertuarında müxtəlif tamaşaların nümayişi ilə anılacaq.

Azərbaycan Dövlət Akademik Musiqli Teatrdan bayraqdar.info-ya bildirilib ki, Teatrın səhnəsində bu faciəli gün münasibətilə “Bir nəfəs qədər” tamaşası oynanlacaq. Quruluşçu rejissoru və müəllifi Samir Qulamov olan tamaşa yaxın günlərdə İranda qastrol səfərində olaraq 40-cı Beynəlxalq Fəcr Festivalında iştirak edib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatr

“Bu tamaşada Vətən müharibəsində arxa və ön cəbhədə iştirak edən bütün insanların keçirdiyi hisslərin demək olar ki, hamısı ümumiləşdirilmiş şəkildə tamaşaçılara təqdim ediləcək. Bundan əlavə, Teatrın Youtube, Instagram və Facebook səhifələrində müxtəlif rejissorların çəkdiyi Xocalı faciəsinə aid olan videoçarxlar da nümayiş etdiriləcək”, – deyə Teatrdan bildirilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Azərbaycan Milli Dram Teatrında fevralın 26-da Xocalı faciəsi anılacaq. “Səhnələşdirilən əsərlərdə həm faciə, həm mübarizə, həm də qəhrəmanlıq tarixi nümayiş etdiriləcək. Teatrda Xocalı faciəsinin 30-cu ildönümündə “Qrabağnamə” tamaşası nümayiş ediləcək.

“Tamaşa Xalq yazıçısı İyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Səhnə əsərində teatrın məşhur aktyorları iştirak edir”, – deyə Teatrın Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bayraqdar.info-ya bildirib.

Opera və Balet Teatrından bayraqdar.info-ya bildirilib ki, fevralın 26-da Teatrda qonaq olan Ukraynanın “Qara Kvadrat İmprovizasiya” Teatrının aktyorları ilə birlikdə Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı oynanılacaq. Tamaşa Xocalı soyqırımı nəticəsində həyatını itirmiş 25 uşağın faciəsinə həsr olunub. Tamaşanın əsas süjet xətti müharibələrin, soyqırım hadisələrinin insan həyatında buraxdığı ağır izlər, faciə ilə üzləşmiş insanların cəmiyyətə adaptasiyası zamanı yaranan çətinliklər təşkil edir.

Azərbaycan Dövlət Akdemik Rus Dram Teatrı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rusdilli tamaşaçılar üçün “Mənim müharibəm” tamaşası nümayiş ediləcək. Teatrın baş rejissoru Aleksandr Şarovski bildirib ki, teatrda bu faciəvi günə həsr olmuş tədbir keçiriləcək. “Digər tərəfdən, səhnə əsəri bizim möhtəşəm qələbəmizə həsr edilib. Tamaşada vokal duet ifa ediləcək. Aleksandr Nikuşanın yazdığı bu pyes qələbə və Xocalı faciəsinə həsr edilib. Əminəm ki, bu, bizim teatrın həm Xocalı faciəsində həlak olanların, həm də vətən müharibəsi şəhidlərinin xatirəsinə layiqli töhfə olacaq”, – deyə baş rejissor bidirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Gənc Tamaşaçılar Teatrında isə quluşçu rejissoru Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşası oynanlacaq. Teaatrdan bayraqdar.info-ya bildirildiyinə görə, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış və ya xəyalpərvər oğlan” əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ildə iyun ayında cəbhə xəttində gedən dğyüşlərdə şəhid olmuş Azəebaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr edilib.

Mission News Theme by Compete Themes.