Press "Enter" to skip to content

KOBİA və Misirin müvafiq təşkilatı arasında Anlaşma Memorandumu

Son yeniləmə: 25 Fevral 2022 14:05

Bayraqdar.info – KOBİA və Misirin müvafiq təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə bayraqdar.info-ya fevralın 25-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, fevralın 25-də Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

İclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir.

Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. O, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

Mission News Theme by Compete Themes.