Press "Enter" to skip to content

Azərbaycan Ordusunda daşqaldırma birinciliyi

Hərbçilər arasında daşqaldırma yarışı

Son yeniləmə: 25 Fevral 2022 09:17

Bayraqdar.info – Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq fevralın 24-də daşqaldırma birinciliyi keçirilib.

Müdafiə Naziriyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

71 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda birdən və təkanla qaldırma üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.

“Finala çıxan əsgər Samir Muradov (60 kq), kiçik çavuş Şamo Ələsgərov (65 kq), çavuş Nurlan Salamzadə (70 kq), baş çavuş Abdulla Abdullayev (80 kq), əsgər Niyal Əzimov (90 kq) və gizir Sahib Nəsibov (90 kq-dan artıq) şəxsi hesabda birinci yerə layiq görülüblər.

“Daşqaldırma birinciliyində iştirak edən 15 heyətdən “Beyləqan”, “Kəlbəcər” və “Bərdə” komandaları ümumi nəticələrə görə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.