Press "Enter" to skip to content

Xüsusi nümayəndələr bu dəfə Vyanada görüşüb

Son yeniləmə: 24 Fevral 2022 17:13

Bayraqdar.info – “Türkiyə və Ermənistan münasibətlərin normallaşması prosesi ilə bağlı xüsusi nümayəndələri bu gün, fevralın 24-də Vyanada bir araya gəliblər”.

Bu sözlər həmin görüşlər bağlı Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada öz əksini tapıb.

Nazirliyin saytında yerləşdirilən və Twitter hesabından paylaşılan açıqlamda daha sonra qeyd edilir ki, bu səfir serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasıdna keçrilən sayca ikinci görüşdü.

Xüsusi nümayəndələr danışıqların yekun məqsədinin Moskvada keçirilən ilk görüşdə ifadə edildiyi kimi Türkiyə və Ermənistan arasında tam normallaşmaya nail olmaq olduğunu təsdiqləyiblər.

“Bu kontekstdə atıla biləcək mümkün konkret addımlar barədə fikir mübadiləsi aparılıb və prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha bəyan ediblər”, – deyə, daha sonra vurğulanır.

Mission News Theme by Compete Themes.